AMB: Bu il Avropa İttifaqında 2 faiz inflyasiya gözlənilir

16 Yanvar 2022 22:16 (UTC+04:00)

Avropa Mərkəzi Bankı (AMB) bu il Avropa İttifaqında inflyasiyanın aşağı enəcəyini proqnozlaşdırır.

SIA-nın xəbərinə görə, bu barədə AMB-nin rəhbəri Kristin Laqard məlumat verib.

Bank rəhbəri bildirib ki, yaxın aylarda inflyasiyaya təsir edən amillər zəifləyəcək və illik 2% səviyyəsini saxlamaq mümkün olacaq. Avrozonada inflyasiyanın başlıca səbəbi enerji daşıyıcılarının qiymətinin bahalaşmasıdır.