Təbrizdəki məktəblərdə tədris dayandırılıb

16 Yanvar 2022 20:20 (UTC+04:00)

Təbrizdə və ətraf ərazilərdə məktəblərdə dərslər dayandırılıb.

SİA-nın məlumatına görə, buna güclü qar və soyuq hava şəraiti səbəb olub.
Məlumatda bildirilir ki, distant təhsil alan şagirdlərin dərsləri və imtahanlar müəyyən olunmuş vaxtda təşkil olunacaq.