“Türkiyəli aktyorlar Hande Doğandemir və Onur Tunanın sevgi iddiaları doğrulanıb”

16 Yanvar 2022 19:53 (UTC+04:00)

Bir müddətdir sevgili olduqları iddia edilən Hande Doğandemir və Onur Tuna iddialara son qoyub. Türkiyənin məşhur aktyorlar sosial şəbəkədəki şərhləri ilə diqqət çəkib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bir-birinin ardınca karvan pozları yayımlanan Hande Doğandemirin telefonunun arxasındakı fotoşəkildə görünən şəxsin Onur Tuna olduğu iddia edilib. Son olaraq da bir-birilərinin şəkillərinə ürək smayliki ilə cavab vermələri bu iddiaları təstiqləyib.