"Mançester Siti" "Real"a təklif göndərib

16 Yanvar 2022 19:38 (UTC+04:00)

"Real"ın hücumçusu Vinisius Junior karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

SİA əldə etdiyi məlumata əsasən xəbər verir ki, "Mançester Siti" 21 yaşlı oyunçu ilə maraqlanır. Klubun artıq Vinisius üçün “Real"a təklif göndərib. İngiltərə klubunun məşqçilər heyətinin braziliyalı futbolçunu bir müddət əvvəl "Barselona"ya keçən Ferran Torresin əvəzedicisini gördüyü vurğulanıb.

Qeyd edək ki, Vinisius 2018-ci ildən Madrid klubunda çıxış edir.