"Barselona" onu satmır

16 Yanvar 2022 19:31 (UTC+04:00)

Hücumçu Memfis Depay "Barselona"da oynamağa davam edəcək .

SİA-nın əldə etdiyi məlumata görə, klub niderlandlı oyunçunun formasını bərpa edə biləcəyinə və komandaya xeyir verəcəyinə inanır.

Bununla əlaqədar olaraq Depayın satışı planlaşdırılmır.

Qeyd edək ki, 27 yaşlı futbolçu bu mövsüm La Liqada 16 oyunda 8 qol vurub.