Solomon adaları yaxınlığında 6,1 maqnitudalı zəlzələ olub

16 Yanvar 2022 19:24 (UTC+04:00)

Sakit okeanın cənub-qərbində yerləşən Solomon adaları yaxınlığında 6,1 maqnitudalı zəlzələ olub.

SIA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin ocağı bu ada dövlətinin paytaxtı Xoniardan 656 km şimal-qərbdə, 408 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat, o cümlədən sunami təhlükəsi barədə məlumat daxil olmayıb.