89 yanmış cəsəd tapıldı

16 Yanvar 2022 18:59 (UTC+04:00)

ABŞ-ın Ohayo ştatında Shawnte Hardin adlı 41 yaşlı pastorun işlədiyi kilsədə 89 nəfərin yandırılmış qalıqları tapılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, özünü "şəhər kəşfiyyatçısı" olaraq xarakterizə edən qadının tapdığı qalıqlar üzərində araşdırma başlayıb. Bildirilib ki, küllərin bir qismi 2010-cu ilə aiddir. Hardinin vəkili isə kilsənin tərk edilmədiyini bildirərək, hərəkətlərin direktivlər nəticəsində həyata keçirildiyini iddia edib.