18 yaşdan yuxarı şəxslərin vaksinasiyası məcburi olacaq

16 Yanvar 2022 16:12 (UTC+04:00)

Avstriyada 18 yaşdan yuxarı şəxslərin vaksinasiyası məcburi olacaq. SİA-nın TASS-a istinadən verdiyi məlumata görə, Avstriya kansleri Karl Nexammer 18 yaşdan yuxarı şəxslərin məcburi vaksinasiyası prosesinin fevral ayından başlanacağını açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl Avstriya hökuməti məcburi peyvəndləmənin 14 yaşından başlayacağını bəyan etmişdi.