Zəngilanda 4,9 maqnitudalı zəlzələ olub

16 Yanvar 2022 09:16 (UTC+04:00)

Zəngilanda zəlzələ olub. SİA-nın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 07:25-də Ordubad stansiyasından 49 km şimal-şərqdə Zəngilan ərazisində 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 5 bal, ətraf rayonlarda isə 3-4 bala qədər hiss olunub.