Tramp 2024-cü ildə Ağ Evə qayıdacağına söz verib

16 Yanvar 2022 08:26 (UTC+04:00)

ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfdarlarına 2024-cü ildə Ağ Evə qayıdacaqlarına söz verib.

SİA xəbər verir ki, Tramp Arizonada keçirilən mitinqdə deyib: “2024-cü ildə biz Ağ Evi geri alacağıq”.

Trampın 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakı məsələsi açıq olaraq qalır, siyasətçi əvvəllər bununla bağlı ünvanlanan suala konkret cavab verməyib.