ABŞ-da polis reanimasiyada olan xəstəni güllələyib

16 Yanvar 2022 08:22 (UTC+04:00)

ABŞ-ın Şimali Karolina ştatında polis xəstəxananın reanimasiya şöbəsində müalicə alan şəxsi güllələyib.

SİA bu barədə rus mətbuatına istinad edir.

Kişi Durham polisinin nəzarətində olub və Dyuk universitetinin xəstəxanasında müalicə olunurmuş. Lakin saxlanılan şəxs polis əməkdaşına hücum edərək onun silahını götürüb.