‘‘Liviyada ədalətli və əhatəli seçkilərin keçirilmǝsini dǝstǝklǝyirik’’

16 Yanvar 2022 07:54 (UTC+04:00)

Amerika Birləşmiş Ştatları (ABŞ) Liviyada azad, ədalətli və əhatəli seçkilərin keçirilmǝsini güclü şǝkildǝ dəstəklǝdiyini açıqladı.

SİA xəbər verir ki, Amerika Birləşmiş Ştatları Liviyadakı sǝfirliyinin rǝsmi ‘‘Twitter’’ sǝhifǝsindǝ edilǝn paylaşıma görǝ, ABŞ-ın bu ölkǝdǝki sǝfiri Riçard Norland Liviya Prezident Şurasının sədr müavini Abdullah əl-Lafi ilə telefon ǝlaqǝsi saxlayıb.

Abdullah əl-Lafi ilə seçki prosesinin sonrakı addımlarını müzakirə edən Norland atılacaq addımların Liviya liderlərindən asılı olduğunu qeyd edib.

Riçard Norland bildirib ki, ölkəsi Siyasi Dialoq Forumunun yol xəritəsində müəyyən edilmiş vaxtda Liviyada azad, ədalətli və əhatəli seçkilərin keçirilmǝsini güçlü şǝkildǝ dǝstǝklǝyir.

Birləşmiş Millətlər Təşkilatının rəhbərliyindǝki Liviya Siyasi Dialoq Forumunun 2020-ci ilin noyabrında keçirilən iclaslarında ölkədə prezident və parlament seçkilərinin 2021-ci ilin 24 dekabr tarixindǝ keçirilməsi ilǝ bağlı qǝrar qǝbul edilmişdi. Lakin Nümayəndələr Palatası və Dövlət Ali Şurasından ibarət partiyalar seçkilərin hüquqi infrastrukturunu müəyyən edəcək qanun mǝsǝlǝsindǝ razılığa gələ bilməyiblər.

Hüquqi problemlərə görə seçkilərin əvvəlcədən planlaşdırıldığı kimi 2021-ci ilin 24 dekabr tarixindǝ keçirilə bilməyəcəyini qeyd edən Liviya Ali Seçki Komissiyası prezident seçkilərinin 2022-ci ilin 24 dekabr tarixindǝ keçirilmǝsini təklif edib.