Pekində "omikron" ştammına ilk yoluxma halı qeydə alınıb

16 Yanvar 2022 07:37 (UTC+04:00)

Çinin Pekin şəhərində koronavirusun "omikron" ştammına ilk yoluxma halı qeydə alınıb.

SİA-nın əldə etdiyi məlumata görə, ilk yoluxma halı fevralın 4-ü Pekində keçiriləcək Qış Olimpiya oyunlarından 3 həftə öncə aşkarlanıb.

Yoluxma halını aşkarlandığı Haydan rayonunun hakimiyyət orqanları "omikron"a yoluxmuş şəxsin yaşayış sahəsini və iş yerini bağladyıblar. Bundan əlavə, onun təmasda olan 2 mindən çox insan test edilib.