Moskvanın mərkəzində restoran yanıb, ölən və yaralanan var

16 Yanvar 2022 07:25 (UTC+04:00)

Moskvanın mərkəzində - Şelepixinskaya sahili, ev 34, bina 1 ünvanında yerləşən restoranda yanğın baş verib.

SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Moskva Baş İdarəsinin saytında məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.