SİA xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Amerikanın “CNN” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, rəsmi Moskva konkret təkliflərinə çox konkret cavab istəyir: “Sərhəddə, Avropanın bu hissəsində həddindən artıq çox yüksək gərginlik var. Belə bir vəziyyət qitəmiz üçün son dərəcə təhlükəlidir”.