Türkiyədə son gündə 63 mindən artıq yoluxma qeydə alınıb

16 Yanvar 2022 06:26 (UTC+04:00)

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 177 nəfər vəfat edib.

SİA-nın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 384 263 nəfər test edilib, 63 967 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 52 016 nəfər sağalıb.