Haiti prezidentinə sui-qəsddə əsas şübhəlilərdən biri saxlanılıb

16 Yanvar 2022 05:06 (UTC+04:00)

Yamaykanın hüquq-mühafizə orqanları Haiti prezidenti Jovenel Moizə sui-qəsdin təşkilində şübhəli bilinən keçmiş Haiti senatoru Con-Joel Jozefi saxlayıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bundan əvvəl Moizi öldürməkdə şübhəli bilinən kolumbiyalı Mario Antonio Palasios Yamaykada saxlanılıb. Haitinin ekstradisiya tələbinə baxmayaraq, Yamayka hakimiyyəti onu Kolumbiyaya deportasiya etmək qərarına gəlib.

7 iyul 2021-ci ildə Moiz dövlət başçısının iqamətgahına hücum zamanı ölümcül yaralanıb, həyat yoldaşı da güllə yarası alıb. Prezident bir neçə gün sonra dünyasını dəyişib.