Yaponiyada sunami ehtimalı... 210 min nəfər təxliyə ediləcək?

16 Yanvar 2022 04:55 (UTC+04:00)

210 min Yaponiya sakini sunami təhlükəsi səbəbilə yerli hakimiyyət orqanlarından təxliyə barədə xəbərdarlıq alıblar.

SİA-nın məlumatına görə, bu barədə "Kyodo" agentliyi xəbər yayıb.

Məlumata əsasən, müvafiq tapşırıq Aomori, İvate, Miyaqi, Tiba, Kota, Miyadzaki və Kaqosima prefekturalarının bir sıra rayonlarının sakinlərinə göndərilib.

Sözügedən prefekturalar Yaponiyanın Sakit okeanı sahillərində yerləşir.

Xatırladaq ki, ötən gün Tonqa Krallığında Hunqa-Tonqa-Hunqa-Haapay sualtı vulkanının püskürməsi səbəbilə Yaponiyada sunami təhlükəsi elan edilib. Daha sonra ölkənin müxtəlif rayonlarının sahillərində 1,2 metrlik dalğalar qeydə alınıb.