COVAX mexanizmi vasitəsilə 1 milyard doza peyvənd tədarük edilib

16 Yanvar 2022 03:52 (UTC+04:00)

COVAX mexanizmi vasitəsilə dünya ölkələrinə bir milyard doza COVID-19 peyvəndi tədarük edilib.

SİA-nın məlumatına görə, bu barədə Peyvəndlər və İmmunlaşdırma üzrə Qlobal Alyansın (GAVİ) "Twitter" səhifəsində bildirilir.

"COVAX dünyanın 144 ölkə və ərazisinə bir milyard doza COVID-19 peyvəndi tədarük edilib", - deyə açıqlamada deyilir.