PSJ qalib gəldi

16 Yanvar 2022 02:06 (UTC+04:00)

Liqa 1-də 21-ci turun matçları davam edir.

SİA xəbər verir ki, PSJ bu dəfə doğma meydanda "Brest"i qəbul edib. Paytaxt klubu 2 cavabsız qolla qalib gəlib. Əvvəlcə 32-ci dəqiqədə Kilian Mbappe qapıya yol tapıb. 53-cü dəqiqədə isə Tilo Kerer fərqlənib.

Qeyd edək ki, PSJ hazırda turnir cədvəlində 50 xalla liderdir. "Brest" isə 25 xalla 13-cü pillədə qərarlaşıb.