Superliqa klubunda yeni baş məşqçi

16 Yanvar 2022 01:18 (UTC+04:00)

"Altay"ın (Türkiyə) yeni baş məşqçisi məlum olub.

SİA xəbər verir ki, Superliqa təmsilçisini Mert Nobre çalışdıracaq. Bu barədə İzmir klubunun mətbuat xidməti məlumat yayıb. 41 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Mert Nobre "Altay"ın baş məşqçisi postunda bir neçə gün əvvəl istefaya göndərilən Mustafa Denizlini əvəz edib.