İtaliya klubunda 4 futbolçu koronavirusa yoluxub

15 Yanvar 2022 23:21 (UTC+04:00)

İtaliyanın “Venesiya” komandasının dörd futbolçusuna koronavirus aşkarlanıb.

SİA xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Adları açıqlanmayan futbolçular karantinə alınıblar. Onların A Seriyasının 22-ci turu çərçivəsində baş tutacaq “Empoli” ilə səfər oyununu buraxacağı diqqətə çatdırılıb.

Sabah keçiriləcək “Venesiya” - “Empoli” oyununa saat 18:00-da start veriləcək.