Azərbaycanda bütün məhkumlar peyvənd olunub

15 Yanvar 2022 16:25 (UTC+04:00)

Azərbaycanda bütün məhkumlar peyvənd olunub. SİA-nın xəbərinə görə, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.

Onun sözlərinə görə, ölkədə həyata keçirilən vaksinasiya strategiyasına uyğun olaraq bütün məhkumların vaksinasiyası həyata keçirilib: "Buster dozanın vurulması isə başa çatmaq üzrədir".