Məşhur türk aktyor Eren Uğur Aslan ötən gün Etilerdə kameralara tuş gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Aslanın şəxsi həyatı barədə etirafı diqqət çəkib.
Aslan "Çəkilişlər arasında şam yeməyinə gəldik, indi çəkiliş meydançasına qayıdıram. Serial komandası olaraq koronavirusdan xilas olduq, Allaha şükür, qaldığımız yerdən davam edirik", deyib.
Serialın ssenarisini həyat yoldaşı Səma Ergenekonun yazdığını və hər dəfə ssenarini oxuyanda tamaşaçılar qədər təəccübləndiyini bildirən Aslan “Bəzən həyat yoldaşıma görə çəkiliş meydançasında üstünlüyə sahib olduğumu düşünürlər, amma belə deyil... Nə çəkiliş meydançasında, nə də evdə bir-birimizi düzgün görə bilmirik. Ssenarini gündəmə gətirmək müşkül məsələdir. Ssenarini bizə o verir”, deyib.
Ayşən Vəli