“Beşiktaş”a bir qol bəs etdi

15 Yanvar 2022 00:36 (UTC+04:00)

Futbol üzrə Türkiyə Super Liqasında 21-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

SİA xəbər verir ki, turun açılış matçında “Beşiktaş” doğma meydanda “Qaziantep”i qəbul edib. İstanbul təmsilçisi bu oyunda minimal hesabla qalib gəlib.

Günün digər matçı “Yeni Malatyaspor”la “Göztəpə” arasında baş tutub. Üç qolun qeydə alındığı bu oyunda isə qonaqlar sevinən tərəf olub.

Bu tur keçirilməli olan “Başakşəhər” – “Konyaspor” matçı qonaq komandanın futbolçusu Ahmet Çalıkın bir neçə gün əvvəl vəfat etməsi ilə əlaqədar təxirə salınıb.

Türkiyə Super Liqası

21-ci tur

14 yanvar

Beşiktaş – Qaziantep 1:0

Qol: Batşuayi, 67.

Yeni Malatyaspor – Göztəpə 1:2

Qol: M.Eskihellac, 7 – B.Əmir, 15. Laurensi, 73.

15 yanvar

14:30 Adana Dəmirspor – Kayserispor

17:00 Sivasspor – Trabzonspor

17:00 Fatih Karagümrük – Rizəspor

20:00 Antalyaspor – Fənərbaxça

16 yanvar

14:30 Altay – Alanyaspor

17:00 Girəsunspor – Kasımpaşa

20:00 Hatayspor – Qalatasaray