“Qalatasaray”ın yeni baş məşqçisi bəlli oldu

15 Yanvar 2022 00:33 (UTC+04:00)

Türkiyənin “Qalatasaray” komandasının yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib. Matc.az xəbər verir ki, İstanbul təmsilçisini bundan sonra Domenek Torren çalışdıracaq.

SİA xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. İspaniyalı mütəxəssis, həmçinin onun köməkçiləri ilə müqavilələrin müddəti və digər detalları açıqlanmayıb.

Torren son olaraq “Flamenqo”nun baş məşqçisi olub. 59 yaşlı mütəxəssis “Barselona”, “Bayern” və “Mançester Siti” kimi klublarda Xosep Qvardiolanın köməkçisi kimi də çalışıb.