CAR-da xüsusi karantin rejiminin müddəti uzadılıb

15 Yanvar 2022 00:12 (UTC+04:00)

Cənubi Afrika Respublikasında (CAR) xüsusi karantin rejiminin müddəti daha 1 ay uzadılıb.

Buna səbəb son həftələrdə koronavirusa yoluxma sayının artması göstərilir.

Məlumata görə, ölkədə son sutkada COVID-19-a 5 920 yeni yoluxma halı qeydə alınıb, daha 159 nəfər ölüb.