Cozef Bayden mətbuat konfransı keçirəcək

14 Yanvar 2022 23:43 (UTC+04:00)

ABŞ Prezidenti Cozef Bayden yanvarın 19-da mətbuat konfransı keçirəcək.

SİA-nın xəbərinə görə, bu barədə Ağ Evin sözçüsü Cen Psaki məlumat verib. Psaki əlavə edib ki, mətbuat konfransı Vaşinqton vaxtı ilə saat 16.00-a nəzərdə tutulub.

Bununla belə, sözçu Baydenin toxunacağı məsələləri açıqlamayıb.