Semih Kaplanoğlunun filmləri Çində nümayiş olunub

14 Yanvar 2022 22:39 (UTC+04:00)

Türkiyə Respublikası ilə Çin Xalq Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 50 illiyi münasibətilə Quançjou şəhərində tədbirlər keçirilib.

SİA xəbər verir ki, Quançjcou Kitabxanasında “Anadoluya daha bir addım yaxın” adı ilə keçirilən mədəniyyət tədbirləri çərçivəsində Səmih Kaplanoğlunun “Yusuf üçlüyü” kimi tanınan “Yumurta” (2007), “Süd” (2008) və “Bal”(2010) adlı filmləri nümayiş etdirilib. Filmlərə Çinli tamaşaçılar tərəfindən böyük maraq göstərilib.

Türkiyə Respublikasının Quançjou Baş Konsulluğu tərəfindən Quancjou Kitabxanasının əməkdaşlığı və Pekin Yunus Əmrə İnstitutunun dəstəyi ilə keçirilən tədbirlər çərçivəsində həmçinin 400 cildən ibarət türk kitabxanası açılıb. “Türk qəhvəsi” və Türk mətbəxinin təqdimatı olub.