Uqandada 400 min doza koronavirus peyvəndi məhv edilib

14 Yanvar 2022 22:19 (UTC+04:00)

Uqanda səlahiyyətliləri “Moderna”nın 400 min dozası olan koronavirus peyvəndinin müddəti bitdiyi üçün məhv edib.

SİA xəbər verir ki, bu barədə Uqandanın səhiyyə naziri Ceyn Asenq bildirib.

“Moderna” peyvəndi aşağı temperaturda saxlanılır və istifadə etməzdən əvvəl əridilməlidir”, – səhiyyə naziri deyib.