Son gündə 270 britaniyalı koronavirusdan həyatını itirib

14 Yanvar 2022 22:15 (UTC+04:00)

Böyük Britaniyada son sutka ərzində 99 652 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 15 066 395 nəfərə çatıb.

SİA-nın məlumatına görə, bu barədə Birləşmiş Krallığın Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 270 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 151 612 nəfərə çatıb.