Haaland gələcək klubu ilə bağlı qərarını verdi

14 Yanvar 2022 22:11 (UTC+04:00)

Dortmund "Borussiya"sının hücumçusu Erlinq Haaland karyerasını harada davam etdirmək istədiyinə qərar verib.

SİA xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb. Qeyd olunub ki, norveçli oyunçu "Real"da oynamaq istəyir. 21 yaşlı futbolçunun agenti Mino Rayola bildirib ki, Kilian Mbappe ilə birlikdə Madrid təmsilçisində oynamaq onun üçün prioritetdir.

“Mançester Siti” də Haalandı transfer etmək istəyir.

Qeyd edək ki, futbolçu bu mövsüm Bundesliqada 12 matçda 13 qol vurub və 5 qolun ötürməsini verib.