Məşhur simanın ailəsində rəssamlıq genetikdir

14 Yanvar 2022 18:25 (UTC+04:00)

Məşhur türk sima Pelin Karahan 2020-ci ildə pandemiyanın ilk günlərində "Gənclik sevgisi" adlandırdığı rəsm əsərinə yenidən başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, o heç vaxt fırça və boyanı əlindən atmayıb.

O, bu sevgini tezliklə 5 yaşı tamam olacaq kiçik oğlu Eyüp Cana aşılayıb. Onlar dünən birlikdə rəsm çəkiblər.

Unutmadan qeyd edək ki, Pelin Karahanın anası Nural Koçyiğit rəssamdır. Yəni, istedad genetikdir.

Ayşən Vəli