Türkiyənin "Grizu-263A" adlı ilk mini peykindən siqnal gəlib

14 Yanvar 2022 16:28 (UTC+04:00)

Türkiyənin Zonquldak vilayətinin Bülent Ecevit Universitetinin mühəndislik fakültəsi tələbələrindən ibarət kosmos komandası tərəfindən əsas rabitə ehtimallarının həyata keçirilməsi məqsədilə hazırlan Türkiyənin ilk mini peyki - “Grizu-263A” dan siqnal gəlib.

SİA xəbər verir ki, "Grizu-263A" yanvarın 13-də Türkiyə vaxtı ilə saat 18:25-də “Space X” şirkətinin “Falcon 9” raketi ilə kosmosa göndərilməsindən sonra təxminən bir saat sonra orbitə yerləşib.

"Grizu-263" kosmos komandasının sosial media hesabından edilən paylaşımda bildirilib:
"Grizu-263A" peykimizdən ilk siqnallar uğurla alındı, peykimiz fəaliyyətdədir. Siqnallarımızın qəbulunu təmin edən Mehmet Fatih Engin, Tahsin Çağrı Şişman, İbrahim Arda, Yılmaz Barış Erkan və Bilge Demirköz müəllimlərimizə təşəkkür edirik".

Komanda kapitanı Çağla Aytaç Dursun da sosial media hesabından "Qürur. Biz dizayn etdik, istehsal etdik, sınaqdan keçirdik və kosmosa göndərdik. İndi peykimiz "Grizu-263A" güclü missiyasının başlanğıcındadır" paylaşımını edib.

3 mart 1992-ci ildə Zonguldakda baş verən yanğın partlaması nəticəsində həyatını itirən mədənçilərin adları ilə kosmos səfərinə çıxan peykin 525 kilometrə yaxın aşağı yer orbitində 4 il 8 ay xidmət göstərməsi planlaşdırılır.