“Vəziyyətin gərginləşməsi fəlakət olar”

14 Yanvar 2022 16:25 (UTC+04:00)

Baş katib BMT-nin mərkəz ofisində jurnalistlərə açıqlamasında bu barədə danışıb.

SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

“Əlbəttə, hər kəs gərginliyin hazırkı eskalasiyasından narahatdır. Rusiya Federasiyası, ABŞ və NATO arasında gərginliyin azaldılması və bu və ya digər qarşıdurmanın qarşısını almaq üçün çox vacibdir”, deyə Quterreş vurğulayıb.

BMT baş katibinin fikrincə, vəziyyətin gərginləşməsi Avropa və bütün dünya üçün fəlakət olar. O bildirib ki, dialoq prosesində gərginliyi azaltmaq üçün bir yol tapmaq lazımdır.

Xatırladaq ki, bazar ertəsi Cenevrədə təhlükəsizlik zəmanətləri ilə bağlı məsələlər üzrə Rusiya-ABŞ məsləhətləşmələri keçirilib. Çərşənbə günü Brüsseldə Rusiya-NATO Şurasının iclası, cümə axşamı isə Vyanada ATƏT-in Daimi Şurasının iclası keçirilib.