Azəbaycan tərəfinin həmişə sözü ilə imzası bir olub - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

14 Yanvar 2022 16:00 (UTC+04:00)

“Ermənistan tərəfi hesab edirdi ki, bu dəfə təxribatlara əl atmaqla yaxın günlərdə bir bölükdən ibarət heyətin Qazaxıstana göndərilməsi onlara bu məsələdə müəyyən dividentlər gətirə bilər”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, müharibə və müharibədən sonra keçən 14 ay ərzində Ermənistan 7 dəfə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib: “Bu müraciətlərin heç biri bir dəfə belə olsun müzakirəyə çıxarılmayıb. İkinci bir tərəfdən Paşinyanın son aylarda həyata keçirdiyi fəaliyyətlərdə görürük ki, o bəzən mülayim bəyanatlar səsləndirsə də, hərbi rəhbərlikdə sanki bunun əksini etməyə çalışanlar var”.

Ədalət Verdiyev sözlərinə belə davam edib: “Azəbaycan tərəfinin həmişə sözü ilə imzası bir olub. Cənab Prezidentimiz nəyi deyibsə, onu da həyata keçirib. Bizim üçün münaqişə bitib. Ermənistan tərəfi yenidən münaqişəni alovlandırmaq istəyirsə, buyursun”.

Ayşən Vəli