YAP Veteranlar Şurasının iclası keçirilib - FOTOLAR

14 Yanvar 2022 15:56 (UTC+04:00)

Yanvarın 14-də Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, Veteranlar Şurasının sədri Arif Rəhimzadə iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumat verib. İclasda Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının 2021-ci il ərzindəki fəaliyyəti barədə hesabat dinlənilib, sonra Şuranın 2022-ci il üçün Tədbirlər Planı müzakirə olunub, təkliflər və əlavələr nəzərə alınmaqla təsdiq olunması barədə qərar qəbul edilib.