Prezident hər zaman təhsilə, müəllimlərə xüsusi diqqət və qayğı göstərib - MÜNASİBƏT BİLDİRİLDİ

14 Yanvar 2022 15:41 (UTC+04:00)

“Prezident İlham Əliyev hər zaman təhsilə, müəllimlərə xüsusi diqqət və qayğı göstərmişdir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, biz bunu hər zaman cənab Prezidentin siyasətində görmüşük: “Son illər ölkəmizdə çoxlu sayda məktəblər inşa olunub, bir çoxu təmir və bərpa olunub. Bir çox müəllimlərimiz mükafatlarla, orden və medallarla təltif olunublar. Bu onu göstərir ki, cənab Prezidentin siyasətində xüsusi önəm daşıyır. Hesab edirəm ki, Ukraynanın İrpen şəhərində akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin müəllimlərinin mükafatlandırılması bu konteksdə xüsusi önəm daşıyır. Bu məktəb həm bizim mədəniyyətimizin təbliğində xüsusi rol oynayır, həm də Azərbaycanın həqiqətlərini Ukranya cəmiyyətinə çatdırır. Burada təhsilin yüksək səviyyədə olması və bu sahədə fəaliyyət göstərən müəllimlərin əməyinin qiymətləndirilməsi baxımından vacib məsələdir. Hər zaman olduğu kimi bu dəfədə cənab Prezident bu məsələyə böyük həssaslıqla yanaşmışdır. Müəllimlərin əməyini qiymətləndirərək “Dostluq” ordeni, “Tərəqqi” medalı ilə təltif etmişdir. Hesab edirəm ki, bu da müəllimlərimizin öz peşələrinə daha məsuliyyətlə yanaşmasına töhvəsini verəcəkdir. Bu həm təhsilimizin inkişafında özünü göstərəcək, həm də ölkələr arasında əlaqələrin, münasibətlərin inkişafına təsir edəcəkdir”.