Cenner yeni rekorda imza atıb

14 Yanvar 2022 14:50 (UTC+04:00)

Dünyanın ən gənc milyarderi elan edilən və sərvətini günü-gündən artıran Kayli Cenner, yeni rekorda imza atıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, sosial media səhifəsindəki paylaşımları ilə milyonlarla kütləyə çatan Kayli Cenner, son aylarda ikinci dəfə hamilə olduğunu açıqlayıb. Hazırda “İnstagram” səhifəsində hamiləlik fotolarını paylaşan Kayli Cenner, yeni rekord qırıb. “İnstaqram” hesabında 301 milyon izləyiciyə çatan Cenner, ən çox izləyicisi olan qadın olub.