Güclü qar ölümlərə səbəb oldu

14 Yanvar 2022 14:47 (UTC+04:00)

Yaponiyada yağan güclü qar nəticəsində Hokkaydo əyalətində 4 nəfər ölüb. 200 nəfər yeni Çitose hava limanında qapalı qalıb, ən azı 130 reys ləğv edilib. SİA xarici mətbuata istinadən bildirir ki, Yaponiyanın Hokkaydo əyalətində təsirli olan güclü qar və soyuq hava həyatıa mənfi təsir edib. Bildirilib ki, baş verən qəzalarda 4 nəfər həyatını itirib. Bu gün əksəriyyəti Hokkaydodan hərəkət edən 70 reysin dayandırıldığı bildirilir.