Vaksin olunmayanlar metroya buraxılmayacaq

14 Yanvar 2022 04:26 (UTC+04:00)

İtaliyada kovid vaksini vurdurmayanlar ictimai nəqliyyata buraxılmayacaq.

SİA xəbər verir ki, ölkədə vaksin olunmayanlara qarşı məhdudlaşdırıcı tədbirlər başlayır.

10 yanvar tarixindən kovid setrifikatı olmayanlar avtobus, metroya buraxılmır.

Sertifikatı yaxın 3 ayda yoluxub sağalanlar da ala bilir.

Eləcə də vaksin olunmayanlara restoran, kafe, idman zalı, muzey, otellərə və nikah mərasimlərinə girmək qadağan olunub.

Fevraldan yaşı 50-dən yuxarı hər kəs üçün vaksin məcburi olacaq.