“Üçüncü uşaq haqda düşünmürük"

13 Yanvar 2022 12:19 (UTC+04:00)

Məşhur türk müğənni Fəttah Can və həmkarı Cansu Kurtçu 2014-cü ildə evləniblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, onların əkizləri 2017-ci ildə dünyaya gəlib.

Cütlük ötən gün uşaqları Vera və Oğul ilə "Etilər Akmərkəzdə" olub. Koronavirusdan yeni sağ çıxan Fəttah Can məsafə qaydasına diqqət yetirib.

Cansu Kurtçu, “Çöldə yağış, içəridə COVID-19. Nə edəcəyimizə təəccübləndik, qaldıq belə” dedi. O, "Əkizlərin bacısı olacaqmı?" sualına gülərək “Üçüncü uşaq haqda düşünmürük. Tövbə, ya Rəbb” deyib.

Ayşən Vəli