Bu gün ABŞ-da inflyasiya məlumatları açıqlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, dekabrda ABŞ-da illik inflyasiya 7 faiz olub, beləliklə, illik inflyasiya 1982-ci ilin iyun ayından bəri ən yüksək həddə çatıb. Dekabrda istehlak qiymətləri aylıq 0,6 faiz artıb.