"Özbəkistanda baş verən aksiyaların pərdə arxasında müxtəlif səbəblər var. Səbəblərdən biri Qazaxıstanın əhalisinin müəyyən bir hissəsi hakimiyyətdən narazıdı. Digər bir səbəbi isə hakimiyyətdə olan insanların səlahiyyət çəkişməsindən qaynaqlanır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev bildirib.

Onun sözlərinə görə, lakin bütün bu proseslər bizə dost olan Qazaxıstan dövləti üçün arzuolunmaz nəticələrə gətirib çıxarıb: "Bunların hər birinin arxasında kənargüc faktorları dayanmaqdadı. Ümid edirəm ki, bu senarini hazırlayanlar və o senarini hazırlayanlara xidmət edənlər gördülər ki, Qazaxıstan xalqını müstəqillik yolu ilə sındırmaq çətindir. Eyni zamanda Qazax xalqı kimlərinsə diqtəsi ilə hərəkət edəcək və Ermənistandakılar kimi vassal aslılığında yaşaya biləcək bir xalq deyil. Onun öz milli mədəniyyəti və marağı var. Əminəm ki hakimiyyətə kim gəlsə öz iradələrinin fərqində olacaq və bu prosesləri nəzərə alacaq. Bunun başqa həlli yoxdu".