Məşhur türk sima Miray Danerin doğum günü 15 yanvardır. SİA xarici mətbuata istinadən xəbər verir ki, 22 yaşı tamam olacaq aktrisa pərəstişkarlarından hədiyyə istəməyib. Onlardan Xərçəngsiz Yaşayış Dərnəyinə ianə vermələrini xahiş edib.
Miray belə bir çağırış edib: “Yeni yaşımın ümidlə təkrar-təkrar gəlməsini arzulayıram. Sizdən yaxşılıq etməyi və birlikdə sağalmağa kömək etməyi xahiş edirəm”.
Ayşən Vəli