Almaniyada peyvəndləmə prosesində hadisə yaşanıb

11 Yanvar 2022 17:54 (UTC+04:00)

Almaniyanın Bavariya əyalətində peyvəndlənmə prosesi zamanı baş verən hadisə ölkə mətbuatında böyük əks-səda doğurub. SİA xarici mətbuata istinadən xəbər verir ki, məlum olub ki, Ebersberq bölgəsindəki peyvənd mərkəzində 1800 nəfərə köhnəlmiş "Biontech" peyvəndi vurulub.