Məşhur cütlük çətin anlar yaşayıb

11 Yanvar 2022 17:44 (UTC+04:00)

Amerikalı aktrisa Eva Mendes və kanadalı aktyor Rayan Qoslinq 11 ildir ki, birlikdədirlər. SİA xarici mətbuata istinadən xəbər verir ki, iki qızı olan cütlüyün çətin anlar yaşadığı iddia edilir.

İddialara görə, uzun müddətdir birlikdə görünməyən cütlüyün ən böyük problemi sosiallaşmamaqdır. Mendesin ziyafətlərdə və xüsusi günlərdə Qoslinqi müşayiət etməməsi cütlüyün münasibətlərini çıxılmaz vəziyyətə salıb.

Ayşən Vəli