Məşhur sima otel otağında ölü tapıldı

11 Yanvar 2022 17:30 (UTC+04:00)

Türkiyədə çox məşhur olan "Bizim Ev" (Full House) serialının ulduzu Bob Saqet 65 yaşında dünyasını dəyişib. SİA xarici mətbuata istinadən xəbər verir ki, serialdakı "Denni Tanner" obrazı ilə məşhurlaşan Saqet ABŞ-ın Florida ştatındakı otel otağında ölü tapılıb.

Saqet pərəstişkarları ilə ötən gecə stand-up şousunda görüşmüşdü. Ölümün səbəbləri araşdırılır.

Ayşən Vəli