“Dövlət başçısı cənab İlham Əliyevin 2022-ci ili "Şuşa İli" elan etməsi ilə bağlı qərarını tam formada dəstəkləyirəm və Şuşa həqiqətən bizim qan yaddaşımızdır, Şuşa bizim tarixi şəhərimizdir, Şuşa bizim mədəniyyət mərkəzimizdir, mərkəzi paytaxtımızdır və Şuşa Qarabağın simvoludur. İnanıram ki, təxminən bir ildən sonra artıq Şuşada onlarla mədəniyyət və elmi tədbirlər keçiriləcək. Düşünürəm ki, gələcəkdə Şuşa bizim üçün musiqi məktəbidir. Yəni, oradakı həmən o məktəbi bərpa etmək, inkişaf etdirmək, bütün dünyada onu tanıtmaq böyük addımdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, bu məktəb sovet dönəmində ən tanınmış mədəniyyət ocaqlarından biri idi: “Mən inanıram ki, gələn ilin bu vaxtında Allahın köməkliyi ilə, cənab Prezidentin səyləri nəticəsində Şuşanın inkişafı öz bəhrəsini verəcək. Düşünürəm ki, Şuşada atılan addımların hamısı birgə Qarabağa böyük bir nəfəs verəcək və Şuşa şərq mədəniyyətində öz layiqli yerini tutacaq”.
Ayşən Vəli