Film ulduzunun son halı onu sevənləri kədərləndirib

11 Yanvar 2022 15:13 (UTC+04:00)

Bir dövrün ən məşhur amerikalı seksual film ulduzlarından biri olan Cenna Ceymsonun son halı ürək ağrıdan olub. “Guillain-Barré” sindromu diaqnozu qoyulan məşhur ad, yerimə qabiliyyətini itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 4 yaşlı qızı olan Ceymson, sağlamlığını bərpa etmək üçün mübarizə aparır. Hazırda 47 yaşı olan məşhur ada sevdiklərindən dəstək mesajları gəlib. Ceymsonun vəziyyətinin pis olduğu bildirilib.